Dəməşqdə Əsəd tərəfdarları arasında silahlı qarşıdurma

Dəməşqin mərkəzində Əsəd tərəfdarlarının arasında silahlı qarşıdurma baş verib. "OLAYLAR"-ın xəbərinə görə, hadisə Respublika Qvardiyası ilə 4-cü zirehli diviziyanın əsgərləri arasında olub. Silahlı qarşıdurmanın səbəbi olaraq Bəşər Əsədlə qardaşı Mahir Əsəd arasında baş vermiş münaqişə göstərilib. Mübahisə nəticəsində Əsədin sarayına hücum etməyə cəhd edən 4-cü diviziya respublika qvardiyasının birlikləri tərəfindən dayandırılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00