Ankaranı qana boyayan bomba şəhərə çemodanla gətirilib

Türkiyə paytaxtında 13 mart terrorunu törədən qızın cinayətdən az əvvəl kameralara düşən görüntüləri yayımlanıb.  "Radikal" qəzeti xəbər verir ki, Ankara terrorunun icraçısı Seher Çağla Demirin cinayətin əsas iştirakçılarından olan Vahit A. Ilə Ankarada  Eskişehir yolu üzərindəki yanacaqdoldurma məntəqəsində birlikdə olduqları aşkarlanıb. Onlar həmin yerdə başqalarının şübhələnməmələri üçün özlərini sevgili kimi apararaq qucaqlaşıblar. Bu arada 13 mart  terroru zamanı istifadə olunmuş bombanın bir kuryer vasitəsilə çemodanda avtobusla Şanlıurfadan Ankaraya gətirildiyi müəyyənləşib. Həmin kuryer - M.V.D. istintaqa verdiyi açıqlamada Vahit A.-nın ona Şanlıurfada qara bir çanta verərək, martın 10-da "ləvazimatlar"ı gətirməsini tələb eydiyini deyib. Ayın 11-də "ləvazimatlar"ı avtobusla Ankaraya gətirən M.V.D.-ni Seher Çağla Demir ilə Vahit karşılayaraq, "yük"ü qəbul ediblər. Xatırladaq ki, Ankarada martın 13-də baş verən terror aktı nəticəsində 37 nəfər həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00