Rusiya Ermənistanda daha bir baza açır

Rusiya FHN rəhbəri Vladimir Puçkov Rus-erməni humanitar reaksiya mərkəzinin açılışında iştirak etmək üçün İrəvana səfərə hazırlaşır. Oxu.az bildirir ki, bu barədə TASS-a bu ölkənin FHN-in mətbuat xidməti deyib. Məlumata görə, mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və fövqəladə hallar naziri Armen Yeritsyan iştirak edəcək.

Qeyd edilib ki, əsas vəzifələr sırasında zəlzələlər, sürüşmələr, uçqunlarla şərtlənmiş və dağlıq regionlara xas olan fövqəladə vəziyyətlərin nəticələrinin aradan qaldırılması üzrə axtarış-xilasetmə əməliyyatlarının keçirilməsidir. Mərkəzin mütəxəssisləri iri yanğınların söndürülməsi, humanitar yardımın çatdırılması, milli fövqəladə hallar xidmət personalının peşəkarlığının yüksəldilməsi, eləcə də əhalinin və ərazinin müdafiəsi istiqamətində digər tədbirlərin həyata keçirilməsi ilə məşğul olacaqlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00