Gürcüstan məşhur abidəni bağlamaq təhlükəsi ilə üz-üzə
18 Mart 2016 14:25 DünyaGürcüstanın paytaxtı Tbilisidəki kükürd hamamları bağlanma təhlükəsi ilə üzləşib. Report bildirir ki, bu haqda "Sputnik-georgia" məlumat yayıb. Məlumata görə, buna səbəb olaraq, oradakı kükürd tərkibli sudan istifadənin bahalanması göstərilir. Hamamların sahibi bildirib ki, "Georgian Water and Power" ("GWP") şirkəti ilə şifahi şəkildə razılaşdırılmış qaydada sudan istifadə pulunu güzəştli ödəyirmişlər. Şirkətdə rəhbərlik dəyişib. Yeni rəhərlik tarif qiymətini 15 dəfə artırıb. "Əvvəllər biz bir kubmetr suya 4,3 sent ödəyirdik. İndi "GWP" bu həcmdə su üçün bizdən 37 sent ödəməyimiz istəyir. Əvvəlki qiymətlə fərq belədir: biz ayda 304 dollar ödəyirdik, indi bizdən 4,3 min dollar tələb edirlər", - deyə "Narıkala" Açıq tipli Səmhdar Cəmiyətinin direktoru Nodar Totoqaşvili "Rustavi2" telekanalına müsahibəsində deyib.
Qeyd edək ki, Tiflisdəki hamamların XVII-XIX əsrlərdə tikildiyi iddia edilir. Onların quruluşu Bakıdakı və Azərbaycanın başqa bölgələrindəki hamamlara oxşayır. Kükürd hamamları bu gün də öz tarixi görkəmini qoruyub saxlayır. Hamamlar Tiflisin "Müsəlman məhəlləsi", yaxud "Meydan" kimi tanınan bölgəsində, Heydər Əliyev parkının yaxınlığında yerləşir.