"Hizbullah"ın 71 döyüşçüsünün çürümüş cəsədi Livana gətirilib
18 Mart 2016 13:04 DünyaMartın 17-də Livan paytaxtı Beyrutun cənub rayonlarına 71 Hizbullah döyüşçüsünün cəsədi gətirilib. Xarici mətbuat xəbər verir ki, onlar Suriya ərazisində İŞİD-lə döyüşdə həlak olublar. Ərəb mediası həmin döyüşçülərin əksəriyyətinin "Raduan" batalyonunda döyüşdüyünü və komandir vəzifələri daşıdığını müəyyən edib. Cəsədlər çürüdüyü üçün "Hizbullah" təşkilatı onların sarı bayraqlara bürünmüş tabutlarını qısa müddətdə dəfn edib. 71 döyüşçünün hamısının Suriyanın Palmira şəhəri uğrunda gedən döyüşklərdə həlak olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00