ABŞ Rusiyaya "sürpriz" hazırlayır

ABŞ konqresmenləri Rob Portman və Kris Merfi Konqresə ölkə müttəfiqlərinin Rusiya, Çin və digər dövlətlərin dezinformasiyasından qorunması ilə bağlı vahid strategiyanın hazırlanması üçün qanun layihəsi təqdim ediblər. Bu barədə informasiyanı TASS agentliyi yayıb. Layihənin müəlliflərindən olan Rob Portman məhz bu proyekt sayəsində ABŞ-ın xarici təbliğata qarşı mübarizə apara biləcəyini söyləyib: "Layihədə əsas üç istiqamət nəzərdə tutulub. Birincisi, informasiya və təbliğat sahəsində vahid strategiyanın hazırlanmasıdır. Bunun üçün Dövlət Departamentinin tərkibində qurumlararası informasiya analizi mərkəzi təsis edilməlidir. İkincisi, buraya qeyri-hökumət təşkilatlarının cəlb edilməsi və maliyyə dəstəyi üçün fondun yaradılması nəzərdə tutulmalıdır. Sonuncusu isə ABŞ və onun müttəfiqləri arasında vətəndaş mübadiləsi artırılmalıdır". Qanun layihəsinin digər müəllifi Kris Merfi isə Rusiyanın sakit kolonializm siyasəti apardığını bildirib. Onun sözlərinə görə, Moskvanın bu siyasəti təkcə Ukrayna yox, Serbiyada da müşahidə edilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00