Aslı qərar verdi, Murat Boz bitirdi

Türkiyə mətbuatı xəbər verir ki, Murat Boz klip çəkdiyi "Janti" mahnısının montajı üçün Nişantaşıda olub. Bir neçə saat sonra oraya onun sevgilisi Aslı Enver gəlib. Aslı klipin yaxşı olduğunu təsdiqlədikdən sonra müğənni montaj işlərini yekunlaşdırıb. Onların çıxışda məkanı əl-ələ tərk etməsi diqqət çəkib. Murat açıqlamasında: "Aslını ömür boyu gözləyərəm", - deyərək sözünün üstündə durub.

Qeyd edək ki, ikili "Kardeşim benim" filmində tanış olaraq sevgili olublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00