Putin MDB-nin xarici sərhədlərində təhlükəsizliyə dair sazişi Dövlət Dumasına təqdim edib
18 Mart 2016 12:47 DünyaRusiya Prezidenti Vladimir Putin MDB üzvü olan dövlətlərin sərhədlərində təhlükəsizliyin təmininə dair sazişi təsdiqlənməsi üçün bu gün RF Dövlət Dumasına təqdim edib. Bu barədə Trend TASS-a istinadən xəbər verir. Saziş MDB-nin xarici sərhədlərdə təhlükəsizliyə təhdidlərə çevik münasibət bildirmək üçün sərhəd idarələrinin mütəxəssislərindən (ekspertlərindən) ibarət Birgə Qrupların yaradılması, tətbiqi və fəaliyyətinin dayandırılması qaydalarını nəzərdə tutur. Sənəd 2014-ci ilin oktyabrında Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında qəbul edilib. Sənədə əsasən, sazişdən irəli qələn məsələlərin maliyyələşməsi MDB ölkələrinin sərhəd qoşunlarının illik büdcələrində əksini tapacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00