Türkiyədə Çanaqqala zəfəri münasibətilə bayram yürüşləri başlayıb
18 Mart 2016 11:22 DünyaÇanaqqala savaşında qələbənin 101 illiyi münasibətilə Türkiyədə bayram yürüşləri başlayıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir. Bayram yürüşlərində ölkə prezdenti Rəcəp Tayyip Ərdoğan və digər dövlət rəsmilərinin iştirakı gözlənilir. Birinci Dünya Müharibəsi illərində Çanaqqala savaşında ümumilikdə 500 mindən çox insan ölüb. Türklər bu müharibədə 57 min şəhid verib. Savaşda azərbaycanlı əsgərlər də iştirak ediblər. Türkiyədə Çanaqqala savaşını "alicənabların döyüşü" adlandırırlar. Ölkənin rəsmi şəxsləri dəfələrlə bəyan ediblər ki, bu qarşıdurma Türkiyə tarixində ən qanlı döyüşlərdən biri olsa da, mübarizə aparan tərəflər hətta müharibə şəraitində insanlıqlarını unutmayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00