Türkiyədə növbəti böyük terror aktının qarşısı alınıb
18 Mart 2016 10:15 DünyaTürkiyənin şərqində Tunceli vilayətində növbəti böyük terror hadisəsinin qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti bildirib.Keçirilən xüsusi əməliyyat nəticəsində 650 kiloqram partlayıcı maddə aşkar edilib. Partlayıcı maddə magistral yolun ətrafında tapılıb.Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə nazirinin açıqlamasında bildirilmişdi ki, güclü partlayış nəticəsində 37 nəfər ölmüş, 125 nəfər isə yaralanmışdı.Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görmüşdü.Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunmuşdu. Ərazi boşaldılmış, yaxınlıqdakı küçələrdə, avtomobil yollarında hərəkət məhdudlaşdırılmışdı.