Ukrayna Rusiyaya nota verdi

Ukrayna XİN Rusiyaya etiraz notası ünvanlayıb.ölkə.az  bildirir ki, Qroznıya xidməti ezamiyyətə gedən Ukraynanın Rostovdakı konsulu Aleksandr Kovtun naməlum şəxslərin hücumuna məruz qalıb.Ukrayna XİN-in yaydığı bəyanatda bildirilir ki, konsul Kovtun Çeçenistanın paytaxtına burada mühakimə olunan Ukrayna vətəndaşları Nikolay Karpyuk və Stanislav Klıxın məhkəmə prosesində iştirak etmək üçün gəlibmiş."Rusiya tərəfindən öz ərazisindəki Ukrayna diplomatlarının təhlükəsizliyini təmin etməyi tələb edirik və tələb edirik ki, Qroznıda konsulumuza qarşı edilmiş hücumun təşkilatçıları tapılsın və məsuliyyətə cəlb olunsunlar", - Ukrayna XİN-in bəyanatında belə deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00