İŞİD-dən daha bir vəhşilik: boyunlarına dolayıb, partlatdılar - FOTO
17 Mart 2016 23:20 DünyaTerror təşkilatı "İraq-Şam İslam Dövləti"nin (İŞİD) qan donduran edamlarına bir yenisi daha əlavə edilib.
modern.az bildirir ki, terror təşkilatının yeni yaydığı görüntülərdə yenə qanlı edam səhnələri var. Casus olduqlarını iddia etdikləri adamları boyunlarına partlayıcı bağlayaraq qətl edirlər.
İŞİD-in vəhşiliyi bununla da məhdudlaşmır. Yenə casusluqla günahlandırılan iki nəfər başlarına güllə sıxılaraq öldürülür. Bir başqa məhkum isə yaraqlıların adlarını təhlükəsizlik qüvvələrinə sızdırmaq cinayətinə görə başı kəsilərək vəhşicəsinə öldürülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00