“Sony” Maykl Ceksonun mirasını satın alır
17 Mart 2016 19:55 DünyaYaponiyanın "Sony" korporasiyası Maykl Ceksonun varislərindən mərhum sənətçinin "Sony/ATV Music Publishing" musiqi nəşriyyatında sahib olduğu 50% payı 750 milyon dollara satın alacaq. İKT.lent.az-ın "The Wall Street Journal" qəzetinə istinadən verdiyi məlumata görə, bu birgə müəssisə M. Ceksonun vaxtilə satın aldığı musiqi kataloqu və yapon korporasiyasının nəşriyyat biznesinin bazası əsasında 1995-ci ildə yaradılıb. Bob Dilan, Leonard Koen, "Beatles" kimi əfsanələrin əsərlərinin yayım hüququ məhz "Sony/ATV Music Publishing"ə məxsusdur. Alqı-satqı barədə razılığın əldə olunması martın 14-də elan edilib və tərəflər anlaşma memorandumu imzalayıb. Yekun müqavilənin martın 31-də imzalanacağı bildirilir. Sövdələşmə nəticəsində "Sony" minlərlə musiqi əsəri üzərində eksklüziv hüquqa malik olacaq. M. Ceksonun varisləri isə əldə etdikləri məbləğin 250 milyon dollarını borcların ödənməsinə, eləcə də başqa sahələrə yatırım qoymağa sərf edəcək.