Karlson Bakıya gəlir
17 Mart 2016 19:40 DünyaMayın 29-da Heydər Əliyev Sarayının səhnəsində "Malış və Karlson" adlı musiqili tamaşa göstəriləcək. Publika.az xəbər verir ki, Rusiyanın tanınmış kinoaktyoru və televiziya aparıcısı Mixail Poliseymakonun baş rolu ifa edəcəyi musiqili tamaşanın rejissoru Denis Slavin, bəstəkarı Leonid Qolovko, şeirlərin müəllifi Valeriya Karpova, xoreoqraf Marina Yaseviçdir. Tamaşa saat 12:00-da və 15:00-da nümayiş olunacaq. Biletlərin qiyməti 10-50 manat civarındadır. Balacaların sevimli qəhrəmanları olan Balaca və Karlson Astrid Lindqrenin məşhur əsərinin personajlarıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00