Çağatay Ulusoy və DiKaprionu birləşdirən nədir?

"Medcezir" serialından sonra "Delibal" filmi ilə ekranlara gələn Çağatay Ulusoy yeni layihəyə hazırlaşır. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Ay Yapım"ın sirr saxladığı serialla bağlı bəzi məqamlar bəlli olub. Çağatayın baş rolda olduğu ekran işi 2006-cı ildə Leonardo DiKaprio və Cek Nikolsonun çəkildiyi "Dönüklər" (The Departed) filminin ssenarisindən təsirlənəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00