Rusiyanın neçə illik neft ehtiyatı qaldı?
17 Mart 2016 13:56 DünyaRusiya Təbii Ehtiyatlar Nazirliyi ölkənin neft ehtiyatlarının 28 il sonra qurtaracağını deyib. Avropa.info-ya istinadən bildirir ki, ekspertlərin hesablamasına görə, sübut olunmuş neft ehtiyatları hal-hazırda 14 milyard tondur. Bu barədə nazir Sergey Donskoy danışıb. O qeyd edib ki, ehtiyatların həcmi çətin yolla çıxarıla bilən neftin hesabına artır. 2015-ci ildə Rusiyanın xaricə neft satışından əldə etdiyi gəlir 40% azalaraq 89,5 milyard dollar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00