Bu rənglər sayəsində hər kəsi özünüzə heyran edəcəksiniz!
17 Mart 2016 19:17 DünyaDəb dünyasına istiqamət verən "Pantone" şirkəti 2016-cı ilin payız-qış aylarının trend rənglərini açıqlayıb. Publika.az xəbər verir ki, şirkət 2016-cı ilə damğa vuracağı gözlənən 10 rəngdən ibarət siyahı hazırlayıb.
Siyahıda bu rənglər yer alıb:
Göy, mavi, boz, zümrüd yaşılı, kərpic-kirəmid, açıq qırmızı, lavanda, qızılgül qırmızısı və limon sarısı.
Şirkət əməkdaşlarının sözlərinə görə, bu rəngləri öncədən bilmək dəblə geyinən xanımlara çox kömək edəcək: "Xanımlar qarderoba yeni geyimlər və aksessuarlar əlavə edərkən bu rənglərə üstünlük verərək trendlərlə ayaqlaşa bilərlər". Şirkət əvvəllər də bu ilin yaz-yay aylarının əsas rənglərini müəyyənləşdirmiş, isti aylarda ən çox görəcəyimiz rənglərin açıq mavi və solğun çəhrayı olacağı vurğulamışdı.