Yeni miqrant dalğası yaranır

Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropa Birliyinə yeni miqrant axını gözlənilir. 450 mindən artıq insan Liviyanı tərk edib. Onlar Avropa Birliyinə keçməyin yollarını arayırlar. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ekspertlərin dediklərinə görə, bu ilin sonunadək 1 milyona yaxın miqrantın Avropa ölkələrinə yönələcəyi təxminlənir. İlin əvvəlindən bəri 2400-dən artıq Liviya vətəndaşı Avropa Birliyi ölkələrinə keçmək istərkən saxlanılıb. Yunanıstanın Makedoniya ilə sərhədində hazırda 14 minə yaxın miqrant yığışıb. Onlar İdomeni kəndinin yaxınlığında, kortəbii yaradılmış düşərgədədirlər. Soyuq hava, yağışlar, xəstəliklər miqrantları çox pis duruma salıb. Makedoniya sərhədi bağladığından miqrantlar həmin ölkəyə keçərək sonradan Avropa Birliyinin başqa dövlətlərinə yönələ bilmirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00