Aptekdən PKK-ya dərman oğurlayanlar tutuldular
17 Mart 2016 11:53 Dünyaİstanbulun Sultanqazi bölgəsində apteki soymağa çalışan 5 nəfər silahlı və maskalı oğru ilə polis arasında silahlı münaqişə yaranıb. Publika.az bildirir ki, hadisə zamanı oğrulardan 3-ü yaralanıb, 2-si isə sağ ələ keçirilib. Oğruların əlində iriçaplı silah olub. Oğruların ifadəsi alınarkən məlum olub ki, onlar əlavə 5 aptekdən də oğurluq ediblər. Həmçinin, saxlanılan şəxslər oğurladıqları dərman və digər tibbi ləvazimatları PKK düşərgələrinə göndərirmişlər. Faktla bağlı İstanbul polisi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00