"Türkiyənin yaxın 10 ildə Avropa Birliyinə girməsi mümkün deyil"
17 Mart 2016 11:45 DünyaAvropa Komissiyasının sədri Jan Klod Yunker Türkiyənin Avropa Birliyinə üzv olmağa hələ hazır olmadığını deyib. Modern.az bildirir ki, Almaniyanın "Handelsblatt" qəzetinə müsahibə verən Yunker Brüsselin rəsmi Ankarayla miqrant böhranına qarşı birgə mübarizə aparmasının Türkiyənin Avropa Birliyinə daxil olmasına təsir etmədiyini deyib. "Türkiyə Avropa Birliyinə qoşulmağa hazır deyil. Düşünürəm ki, yaxın 10 ildə bu mümkün olmayacaq". Avropalı siyasətçi martın 17-18-də keçiriləcək Türkiyə-Avropa Birliyi Sammitində "qoca qitə"yə axın edən qaçqınlarla bağlı birgə sənədi razılaşdırmağa ümidini ifadə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00