ABŞ-da dəhşətli zəlzələ olacaq Şok proqnoz
Kaliforniyada misli görünməmiş zəlzələ olacağı barədə məlumat yayıblar
17 Mart 2016 11:33 DünyaAmerikalı elm adamları Kaliforniyada misli görünməmiş zəlzələ olacağı barədə məlumat yayıblar. Bu barədə "Elmi irəliləyişlər" ("Science Advances") adlı jurnalda yazılıb. Məlumata görə, Kaliforniyadan "San Andres" və "San Yasinto" adlı iki müxtəlif fay xətti keçir və hər 150 ildən bir baş verən "San Andres" zəlzələsi artıq 54 ildir ki, gecikir. Kaliforniya Universitetinin professoru Julian Lozos bu iki fayın birlikdə qırıldığı halda ölkəyə 200 milyon dollarlıq maddi ziyan dəyəcəyini, 2 min insanın öləcəyini, 50 min insanın isə yaralanacağını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00