Ancelina Colinin qaçqın düşərgəsinə gəlişi böyük ajiotaja səbəb oldu

Dünya şöhrətli aktrisa və rejissor Ancelina Coli Yunanıstanın Pirey limanında yerləşən qaçqın düşərgəsinə gəlib. Report bildirir ki, ünlü simanın gəlişi düşərgədə əməlli-başlı ajiotaja səbəb olub. Hollivud ulduzu Yunanıstan hökumət nümayəndələri, eləcə də qaçqınların özləri ilə görüşüb. O, jurnalistlərə açıqlamasında Lesbos adasındakı qəbul mərkəzlərinə də səfər etmək istədiyini, amma bu səfərlərin son anda təxirə salındığını bildirib.

Qeyd edək ki, Coli BMT-nin Qaçqınların Hüquqları Şurasının xoşməramlı səfiridir. O, daha əvvəl Livandakı suriyalıların müvəqqəti yaşayış mənətəqlərində olmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00