Azərbaycan və Türkiyə təyyarəçiləri şərti terrorçular və onların yerləşdikləri ərazini məhv etdilər

Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimləri davam edir.Virtualaz.org Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, təlimlərin ssenarisinə əsasən, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları birgə F-16 qırıcı təyyarələri ilə şərti olaraq terrorçuların yerləşdiyi məkanların məhvetmə əməliyyatını keçiriblər. Təlim əməliyyatı zamanı şərti döyüşə girən F-16 qırıcıları qoruma təyyarələri vasitəsilə mühafizə edilib. Birgə keçirilən əməliyyat uğurla başa çatıb. Şərti terrorçular və onların yerləşdikləri ərazi məhv edilib.Təlimlər davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00