LCD panel bazarının lideri kimdir?
16 Mart 2016 17:15 DünyaÖtən rüb ümumilikdə 217 milyon ədəd iri və orta ölçülü maye-kristal (LCD) panel tədarük olunub. İKT.lent.az-ın "DigiTimes" nəşrinə istinadən məlumatına görə, bu barədə İDC analitik şirkətinin hesabatında deyilir.
Qeyd edək ki, bu saya smartfonların ölçüswndən artıq olan bütün panellər daxildir. 2015-ci ilin üçüncü rübü ilə müqayisədə tədarükün həcmi 5 faiz artıb, ancaq 2014-cü ilin dördüncü rübü ilə müqayisədə bu rəqəm 7,6 faiz azalıb. Bu bazarın lideri "LG Display" şirkətidir və onun bazar payı 21,3 faiz təşkil edir. İkinci yerdə 16,4 faiz bazar payına malik "BOE Technology" şirkəti durur. Üçüncü yerdə isə 15,7 faiz paya malik "Innolux" şirkəti gəlir. "Samsung Display" şirkəti 13,8 faiz payla dördüncü yerdədir, ilk beşliyi isə 13,1 faiz payla "AU Optronics" şirkəti qapayır. Mənbə dəqiqləşdirir ki, "LG Display" şirkəti monitorlar və televizorlar üçün panel seqmentində böyük uğur qazandığı halda, "BOE Technology" şirkəti planşetlər üçün panel seqmentinin lideri olaraq qalır.