Rusiya aviasiyası İŞİD bazalarını güclü bombardmana məruz qoydu

Rusiya hərbi-kosmik qüvvələrinə məxsus döyüş təyyarələri Xüms və Palmira yaxınlığında yerləşən İŞİD terrorçularına məxsus obyektləri bombalayıb.

"SANA" xəbər agentliyinin məlumatına əsasən, İŞİD-ə qarşı keçirilən hava əməliyyatlarına Suriya Ordusu da dəstək verib. Bombardman nəticəsində terrorçuların yerləşdiyi çox sayda obyektin darmadağın edildiyi və xeyli sayda terrorçunun məhv edildiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00