“Regionda baş verən hadisələr barədə fikir mübadiləsi aparmaq vacibdir”

"Dünyanın digər regionlarında olduğu kimi sizin də, bizim də problemlərimiz var. Hesab edirəm ki, bu problemləri dialoqlar yolu ilə həll edə bilərsiz".

Bunu Azadinform-a açıqlamasında Kolumbiyanın sabiq prezidenti Andres Pastrana Cənubi Qafqazdakı vəziyyəti şərh edərkən deyib. O qeyd edib ki, regionda baş verən hadisələr barədə fikir mübadiləsi aparmaq vacibdir. Eks prezident hesab edir ki, Bakıda keçirilən Qlobal Forum çox əhəmiyyətlidir: "Çünki biz burada Ukraynanın sabiq prezidentlərini, Rusiyanın sabiq  baş nazirini, Latın Amerikası, Afrika və Şərqi Avropa dövlətlərinin nümayəndələrini görürük. Onların çətinlikləri, problemləri var. Biz bunları dialoqlar yolu ilə həll edə bilərik".
Qeyd edək ki, ötən həftə Bakıda 4-cü Qlobal Forum keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00