Ankara terrorunun qurbanları anıldı

Azərbaycanın ən böyük məscidi olan "Heydər" məscidində bu il martın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində törədilən terror faciəsi nəticəsində həlak olan şəxslər anılıb. Bu barədə "Report"a "Heydər" Məscidi Kompleksi İdarəsinin sədri hacı Sabir Həsənli məlumat verib. O bildirib ki, qılınan namazlarda faciədə ölənlərin ruhuna dualar edilib: "Martın 15-də "Heydər" məscidində qılınan günorta və axşam namazlarında Ankarada baş verən terror aktı nəticəsində həlak olanların ruhuna dualar edildi, Allahdan rəhmət dilənildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00