Adel ərə gedir

İngiltərə mətbuatı müğənni Adel və 41 yaşlı biznesmen sevgilisi Saymon Konnekkinin gizli toy edəcəyi barədə xəbər yazıb. Axşam.az-ın məlumatına görə, 27 yaşlı sənətçinin iş adamı ilə münasibətindən artıq 3 yaşlı oğlu da var. O, bir müddət əvvəl bu barədə "Biz münasibətlərimizi rəsmiləşdirmək barədə düşünmürük. Uşağımız var və mənə elə gəlir ki, rəsmiyyət vacib deyil" demişdi. Bu yaxınlarda isə Adelin barmağında nişan üzüyü görünüb. İddiaya görə, Saymon ona evlilik təklif edib və onlar toya hazırlaşırlar.






Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00