Məşhur aktrisa səfir oldu

"Kiss the girls" adlı filmlə tanınan amerikalı aktrisa Ashley Judd Birləşmiş Millətlər Təşkilatının (BMT) xoşməramlı səfiri seçilib. Qafqazinfo bildirir ki, aktrisa Nyu-Yorkdakı BMT Baş Mərkəzində təşkil edilən mətbuat konfransına iti ilə birgə qatılıb. Yazar kimi fəaliyyət göstərən Judd cinsi bərabərlik uğrunda mübarizə aparması ilə seçilir. Hollivud ulduzu jurnalistlərə açıqlamasında özünü çox xoşbəxt hiss etdiyini bildirib: "BMT-nin xoşməramlı səfiri olaraq mənə verilən vəzifə çərçivəsində, dünya səviyyəsində qız uşaqları haqqında daha çox məlumat əldə etmək istəyirəm. Dünyada 500 milyon qız uşağı var, hazırda 37 mini uşaq yaşında evlənməyə məcbur edilir. Mənə verilən etimadı doğruldacam, çox xoşbəxtəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00