Məryəm Üzərli gəldiyi kimi də geri qayıdır
16 Mart 2016 19:43 DünyaTürkiyəyə ikinci qayıdışında gözlədiyi uğurlara yetişə bilməyən tanınmış aktrisanın Almaniyaya dönməyə hazırlaşdığı deyilir. Gün.Az "Vatan" qəzetinə istinadən xəbər verir ki, baş rola çəkildiyi "Gecənin kraliçası" serialı reytinq qurbanına çevrilən, oynadığı "Anamın yarası" filmi də istənilən səviyyədə diqqət görməyən M.Üzərli Türkiyəni tərk etmək qərarına gəlib. Məlumata görə, "Muhteşem yüzyıl" serilında əldə etdiyi şöhrət və Can Ateşlə yaşadığı problemləri həll edə bilməyən M.Üzərli "tükənmişlik sindromu"na tutularaq Almaniyaya geri dönmüşdü. "Gecənin kraliçası" serialı ilə Türkiyədə ekran həyatını bərpa edən M.Üzərli bu dəfə tamaşaçı rəğbətinə həsrət qaldı. Bu uğursuzluqlara görə ruhdan düşən M.Üzərlinin artıq may ayında yenidən Berlinə qayıdacağı bildirilir.