İnanılmaz olsa da, həqiqətdir: onlara 47 yaş verərsiniz?

"Atam və anamla birlikdə gəzintiyə çıxanda, səyahətə yollananda bizi bacı-qardaş sayırlar. Hətta bəzən məni "ana", anamı isə "qız" bilirlər. İş o yerə çatır ki, universitetdəki tələbə dostlarım atamı ilk dəfə görəndə qardaşım bilmişdilər". Çində Twitter-in analoqu olan Weibo-da "sysev7n" nikli istifadəçinin yaydığı fotolar furor yaradıb. 18 yaşlı qızın ata və anasının hər birinin 47 yaşı var. Lakin onlara ilk baxışda ən uzağı 20-25 yaş vermək olar. Milli.Az AsiaOne-a istinadən bildirir ki, Çinin Çendu şəhərində yaşayan bu ailə artıq ölkədə məşhurdur. 47 yaşlı ata və onun yaşıdı olan xanımının fotoları inanılmaz təsir bağışlayır. Bu şəxslər sanki zamana meydan oxuyurlar, qocalmayıblar. Ailə başçısının anası, "sysev7n"in nənəsi də heyrətamiz dərəcədə cavan qalıb. 69 yaşlı bu qadını görənlər onun maksimum 45 yaşlı xanım olduğunu düşünürlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00