Mobil telefonlar tarixində ən çox satılan cihaz - NOKİA

"Nokia" şirkətinin istehsalı olan cihazlar tarixdə ən çox satılan telefonların reytinqinə başçılıq edib. İKT.lent.az-ın "runews24.ru" saytına istinadən məlumatına görə, bu barədə ixtisaslaşdırılmış Qərb KİV-ləri məlumat yayıb. "Nokia" telefonları bu reytinqdə mövcud 20 sıradan 12-sini tutub. Dünyada ən populyar modellərdən biri 2003-cü ildə istehsal edilmiş "Nokia 1100" telefonu olub. Bu model telefondan 25 milyon nüsxə satılıb. İkinci yeri isə 2005-ci ildə istehsal edilmiş "Nokia 1110" modeli tutub. Bu cihazın da bütün planet üzrə eyni sayda satışı həyata keçirilib. Dünyanın ən yaxşı telefonları siyahısının ilk üçlüyünü "Nokia 3210" modeli qapayır. 1999-cu ildə satışına start verilən bi model cihazın satışları 15 milyon nüsxə olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00