Səudiyyə Ərəbistanının döyüş təyyarələri Türkiyənin aviabazasına gəlib
14 Fevral 2016 09:56 DünyaSəudiyyə Ərəbistanının döyüş təyyarələri artıq Türkiyənin "İncirlik" aviabazasına gəlib.
APA-nın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü general Əhməd əl-Asiri bildirib. Onun açıqlamasına əsasən, İŞİD-ə qarşı hərbi-hava əməliyyatında iştirak edəcək Səudiyyə Ərəbistanının döyüş təyyarələri artıq Adana vilayətindəki "İncirlik" aviabazasında yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00