Jirinovskinin partiyası Olimpiya Oyunlarının qadağan edilməsini istəyir

Rusiyanın Liberal-Demokrat Partiyası Beynəlxalq Olimpiya Komitəsinə müraciət yollayaraq, yayda Braziliyada keçiriləcək Olimpiya Oyunlarının qadağan edilməsinə çağırıb.

Virtualaz.org "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, məktubda getdikcə daha çox yayılan Zika virusunun idmançıların sağlamlığına zərərli təsirinin qarşısını almaq üçün bu addımın atılmasının zəruriliyi bildirilir.

Vladimir Jirinovskinin partiyası narahatlığını belə bildirib: "Braziliyada vəziyyət daha gərgindir. KİV məlumat verir ki, virusla mübarizəyə ordu da cəlb olunub, milyonlarla vərəqə paylanır ki, əhali özünü xəstəlikdən qoruya bilsin". Həmçinin ona diqqət cəlb olunur ki, virusa qarşı vaksin hələ də mövcud deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00