6 BMT sülhməramlısı öldürüldü

Malidə silahlıların hücumu nəticəsində ölən BMT sülhməramlılarının sayı 6-ya çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, fevralın 12-də sülhməramlılarının Kidal şəhərindəki düşərgəsi hücuma məruz qalıb.

Düşərgə minaatanlardan və iri çaplı silahlardan atəşə tutulub. Hücuma görə məsuliyyəti "Ənsər-əd-Din" terror qruplaşması öz üzərinə götürüb. Bu qruplaşma "Əl-Qaidə" qruplaşmasının "İslam Maqrib dövlətlərindəki" qolu sayılır. 

Qeyd edək ki, Malidə hökumət qüvvələri ilə müxtəlif separatçı və radikal islamçı qruplaşmalar arasında münaqişə 2012-ci ildə başlayıb. "Ənsər-əd-Din" ekstremist qruplaşmasının silahlıları bir neçə dəfə BMT-nin Malidəki hərbi bazalarına hücum ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00