ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-ın Florida ştatı sahillərində yüngül motorlu "Piper" təyyarəsi qəzaya uğrayıb.APA-nın "Rosbalt" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 67 yaşlı kişi və 60 yaşlı qadın ölüblər. Hələlik onların kimliyi barədə məlumat verilmir.Fevralın 12-ə keçən gecə Meksika körfəzində qəzaya uğrayan təyyarəni xilasedicilər bu gün aşkar ediblər.Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası  (NTSB) araşdırma aparır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00