AKP rəhbərliyinə qarşı sui-qəsdin üstü açıldı
12 Fevral 2016 18:25 DünyaPKK terror təşkilatının AKP sədrinin köməkçilərinə, jurnalistlərə, sənətçi və media orqanlarına sui-qəsd planı deşifrə olub. Axar.az Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, PKK İran əsilli "Cavad" kod adlı Rızgar Səid Şərifi ilə "Kardon" kod adlı Qafur Abdullahı Ankaraya göndərib. Terrorçular iki həftə ərzində Ankarada AKP sədrinin köməkçiləri ilə bağlı kəşfiyyat məlumatları toplayıblar. Onların hər biri bu xidmətləri müqabilində 15 min dollar alıblar. PKK-nın sui-qəsd hücumları üçün DHKP-C və MLKP kimi sol radikal terror təşkilatları ilə əməkdaşlıq edəcəyi bildirilir.
Qeyd edək ki, hüquq mühafizə orqanları terrorçuların hədəfindəki şəxslərlə bağlı təhlükəsizlik tədbirlərini gücləndirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00