Ölən körpənin dirilməsi hər kəsi şoka saldı VIDEO

Yandırılmağa aparılırdı

Çində baş verən tükürpədici hadisə ölkə ilə yanaşı, dünya mediasının da əsas xəbər başlığına çevrilib. Adı açıqlanmayan körpə 2 ay  əvvəl dünyaya gəlib. Doğum erkən baş verdiyindən  həkimlər onu xüsusi aparata yerləşdiriblər. 1 ay sonra  körpə ata-anası ilə birgə evə yola salınıb. 2 gün sonra vəziyyəti qəflətən pisləşən balacanı valideynləri yenidən xəstəxanaya gətiriblər. Lakin həkimlər çox çalışsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən körpə xəstəxananın yaxınlığındakı morqa yerləşdirilib və 1 gün orda qalıb. Səhəri gün meyidi yandırmaq üçün morq kamerasından çıxarmağa gedən işçilərdən biri gördüklərinə inanmayıb. Gözlərini açan balaca ağlamağa başlayıb. Dərhal körpənin valideynlərinə xəbər verilib. Eşitdiklərinə inanmayan ata-ana morqa gələrək hər şeyin həqiqət olduğunu görüblər. Yenidən həkim nəzarətinə götürülən balacanın vəziyyəti normaldır. Dipdiri uşağı  o dünyaya yola salmağa çalışan həkimlər barədə tədbir görüləcəyi  deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00