“Apple” ABŞ-ın smartfon bazarındakı payını 40 faiz artırıb

"Apple" korporasiyası ABŞ-ın smartfon bazarındakı payını 40 faiz genişləndirib və növbəti dəfə cihazları ABŞ-da satılan ən iri istehsalçı adını alıb. İKT.lent.az-ın "vistanews.ru" saytına istinadən məlumatına görə, bu barədə "Parks Associates" şirkətinin analitikləri internetdə hesabat dərc ediblər. Hesabata görə, 2015-ci ildə "Apple" ABŞ-ın smartfon bazarının ən iri istehsalçısı titulunu qoruyub saxlayıb və bu bazardakı payını 40 faiz artıra bilib. İkinci yerdə Cənubi Koreyanın "Samsung" şirkəti qərarlaşıb ki, onun da payı 31 faizdir. Üçüncü yerdə bazarın 10 faizinə malik LG şirkətidir. Liderlərin ilk beşliyi siyahısına "Motorola" və HTC şirkətləri də daxil olublar. Bundan başqa, mütəxəssislər hesablayıb ki, bu gün ABŞ ailələrinin 86 faizinin heç olmasa, bir ədəd smartfonu var. Bununla belə, "ağıllı" cihazların sahiblərinin artım sürəti son zamanlar xeyli aşağı düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00