İŞİD oğrunun əlini kəsdi
12 Fevral 2016 18:00 Dünya"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı dünən oğrluquda suçladığı şəxsin sağ əlini biləkdən kəsib. "Cəza" mərasimi Suriyanın Rəqqa şəhərində, İŞİD-in faktiki paytaxtında olub. Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Rəqqa şəhərindəki dükanlardan birindən saat oğurlamaqda suçlanan şəxsin işinə Şəriət məhkəməsi baxıb. Məhkəmənin qərarı sərt olub: "Oğrunun əli biləkdən vurulmalıdır!" Şəhər meydanlarından birində cəza proseduruna baxmağa uşaqlı-böyüklü 50 nəfər yığışmışdı. Bu həftənin əvvəllərində İŞİD analoji "cəza"nı İraqın Mosul şəhərində gerçəkləşdirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00