PKK terrorçuları Dağlıq Qarabağa cəmlənir
Göksəl Gülbəy: “Qarabağ ikinci Kandilə çevrilir”
12 Fevral 2016 13:47 DünyaErmənilərin zaman-zaman terror təşkilatı PKK ilə sıx əlaqələrə malik olması barədə xəbərlər yayılsa da, hələlik nə Yerevan, nə də terror təşkilatı sözügedən əlaqələr barədə təsdiq, yaxud təkzib açıqlaması vermir. Hər iki tərəfin səssizliyini qoruması şübhələri daha artırır. Onu da qeyd etmək yerinə düşər ki, Ermənistan-PKK əlaqələri xüsusilə Azərbaycan ərazlərinin işğal edilməsindən sonra genişlənib. Hətta PKK terrorçularının bir qisminin məhz işğal altında olan Azərbaycan ərazilərində hazırlandığı, onlar üçün burada təlimlərin təşkil edildiyi də bildirilir. Ermənilərin PKK terror təşkilatı ilə əlaqələri günümüzdə də davam etməkdədir.
Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy də bu qənaətdədir. Onun sözlərinə görə, Türkiyə PKK-ya qarşı son zamanlarda həyata keçirdiyi əməliyyatlardan sonra terrorçular əsas baza olaraq istifadə etdikləri Kandil dağını tərk etməyə başlayıblar. Maraqlısı isə odur ki, kütləvi şəkildə Kandili tərk edən terrorçular birbaşa Ermənistana üz tuturlar. Göksəl Gülbəy deyir ki, Kandildən Yerevana təşrif buyuran PKK-çılar daha sonra Ermənistan hakimiyyətinin himayəsi altıda işğal altında olan Azərbaycan əraziləri, Qarabağa yerləşdirilirlər.
ASIMDER sədri deyib ki, burada əsas məqsəd işğal altında olan Azərbaycan ərazilərində Kürdüstan dövləti yaratmaqdır. Göksəl Gülbəyin sözlərinə görə, bu planın tarixi XX əsrin otuzuncu illərinə təsadüf edir: "Ruslar 1923-1929-cu illər arasında Dağlıq Qarabağ bölgəsində Qırmızı Kürdüstan muxtariyyati deyə bir bölgə yaratmağı qarşıya məqsəd qoymuşdu. Bu məqsədlə Azərbaycan, Ermənistan və İranda yaşayan kürdlərin həmin bölgəyə yerləşdirilməsi prosesi həyata keçirilməyə başladı. 1929-ci ildə dağılan bu muxtariyyat tarixdə yox olub getdi. Azərbaycan 1991-ci ildə Sovet İttifaqından ayrılıb müstəqilliyini elan etdikdən sonra Azərbaycan parlamenti Türk olduqlarını, dillərinin türkcə olduğunu bəyan etdi. Təbii ki, bu da Rusiya üçün arzuedilməz idi. Eyni zamanda Ermənistan da bu vəziyyətdən narahat olmuşdu. Beləliklə yenidən Vəkil Mustafayevin liderliyi ilə Qırmızı Kürdüstanın qurulması prosesinə start verildi. Bu planın reallaşması üçün Rusiya daha çox səy göstərirdi. Hətta o zamankı Rusiya hakimiyyəti Qırmızı Kürdüstanın qurulması prosesinə silah daxil olmaqla hər cür dəstəyi verəcəklərini vəd etmişdi. Lakin zamanında atılmış adekvat addımlar yenə də Rusiya və Ermənistanın planlarını yarımçıq qoydu". Göksəl Gülbəy deyib ki, hazırda yaranmış boşluqdan yararlanmağa çalışan Rusiya və Ermənistan bir daha Qırmızı Kürdüstan qurmaq istiqamətində ciddi səylə çalışır. ASİMDER rəhbərinin sözlərinə görə, erməni-PKK birliyinin nəticəsi olaraq bir neçə dəfə türk diplomatlarına qarşı terror həyata keçirilib: "Erməni terror təşkilatı ASALA-nın Livanda 1984-cü ildə PKK ilə birlikdə ortaq fəaliyyətlərlə hərəkət edəcəklərini bəyan etməsindən bu günə tarixdə iki şər qüvvə arasında sıx işbirliyi mövcuddur. Ermənistanın PKK-nı dəstəklədiyi artıq heç kimə sirr deyil. Məlumat üçün qeyd edək ki, hətta İrəvanın ortasında terror təşkilatı əlaqə bürosu açmağa müvəffəq olub. Bu azmış kimi Ermənistan indi də işğal etdiyi Azərbaycan torpağı olan Dağlıq Qarabağ bölgəsində PKK və digər təşkilatları yerləşdirərək üstünlüyü təmin etmək istəyir: "Tarixdən bəlli olduğu kimi Rusiya ilə Ermənistan Qafqaz kürdlərini öz məqsədləri naminə Qırmızı Kürdüstana istiqamətləndirməyə çalışıb. Hətta bu məqsədlə Qafqaz kürdlərindən də yararlanmaq istəyirlər. Hesab edirəm ki, Qafqaz kürdləri bu oyuna getməməlidir. Düşünürəm ki, Türkiyə və Azərbaycan da bu mövzuda lazımlı tədbirləri almalı və Rusiya ilə Ermənistanın bu hiyləgər oyununa son verilrmlidir".
PKK terrorçularının işğal altında olan Azərbaycan ərazilərində yerləşdirilməsi bir tərəfdən PKK-çıların təhlükəsizliyinə xidmət kimi xarakterizə edilsə də, digər tərəfdən Ermənistanın müdafiəsi kimi də qiymətləndirilməlidir. Belə ki, Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyatların başlayacağı təqdirdə PKK terrorçuları ermənilərin əsas müdafiəçisi qismində çıxış edə bilər. Erməni silahlı birləşmələri tərəfindən Azərbaycana qarşı vuruşan PKK-ya xidmətinin bədəli kimi işğal altında olan ərazilərin bir qisminin Qırmızı Kürdüstana daxil edilməsi güzəşti edilə bilər.
Göründüyü kimi Dağlıq Qarabağda təhlükəli proseslər cərəyan etməkdədir. Bu proseslərin arxasında isə Rusiya dayanır. Rusiya Türkiyədən təyyarə olayının qisasını almaq üçün PKK-nın Qırmızı Kürdüstan ideyasının reallaşdırılmasına dəstək verir.
Süleyman