“Microsoft” mobil bölmənin əməkdaşlarını ixtisar edir
12 Fevral 2016 19:12 Dünya"Microsoft" korporasiyasının rəhbərliyi mobil bölmənin əməkdaşları arasında ixtisarları davam etdirir. İKT.lent.az-ln məlumatına görə, bu barədə Finlandiyanın "Helsigin Sanomat" nəşri yazır. Şirkət rəhbərliyinin belə radikal addımlar atmasına səbəb "Lumia" smartfonlarının satışının aşağı olması və məhsulun istehsalının tam olaraq dayandırılmasıdır. Belə ki, "Lumia" smartfonu tərtibatçıların ümidlərini doğrultmayıb və alıcılar arasında populyarlıq əldə edə bilməyib. Smartfonların satışının aşağı səviyyədə olması səbəbindən bu modelin istehsalı dayanmalı olub. Analitiklər iddia edir ki, bu modelə tələbatın azalması gözlənilən idi və bundan sonra da bu tendensiya davam edəcək. Şirkət üçün yeganə çıxış yolu mobil seqmentin yenidən fəaliyyətə başlamasıdır.
Qeyd edək ki, ötən ilin iyul ayında şirkət 7 800 nəfər əməkdaşını, o cümlədən 2 300 smartfon tərtibatçısını ixtisar edib.