Heyrət doğuran kadrlar: nəhəng canavar və gənc xanım VIDEO
12 Fevral 2016 19:05 Dünya"Onun yanında olanda özümü çox rahat, asudə hiss edirəm. Onu sevirəm. O da məni anlayır, sevir". Daniela nəhəng boz qurd Kekoa barədə belə deyir. 8 yaşlı erkək qurd Kekoa ABŞ-ın Kolorado ştatındakı "Colorado Wolf and Wildlife Center"də, sıx meşəlikdə yaşayır. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kekoa çox qorxulu, təhlükəli yırtıcı olsa da, Daniellanı sevir. O, qızı görəndə sanki balaca küçük kimi davranır, Daniellanın hətta üzünü də yalayır. Florida ştatındakı "Seacrest Wolf Preserve"də doğulmuş Kekoa 4 il əvvəl bacısı Sakara ilə birlikdə "Colorado Wolf and Wildlife Center"ə gətirilib. Kekoa yerli siu hindularının dilində "cəsur, mərd" deməkdir. Bu erkək qurd dal ayaqları üstə duranda boyu 2,1 metrdir. Onun çəkisi isə 52,2 kiloqramdır.