Rusiyada azərbaycanlı narkotik alverçisi tutulub

Rusiyanın Amur vilayətinin Raxçikins rayonunda azərbaycanlı narkotik alverçisi həbs edilib. Lent.az-ın teleport.ru saytına istinadən məlumatına görə, 46 yaşlı Azərbaycan vətəndaşı 12 min dollarlıq heroini "Toyota"-"Land Cruiser" markalı avtomobilə dəyişərkən yaxalanıb. Axtarış zamanı onun evindən daha 200 qram heroin aşkar edilib. Həmyerlimiz ilkin ifadəsində heroini Azərbaycandan gətirdiyini etiraf edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00