Moldovada Türk mədəniyyətindən danışılacaq

Bu ilin aprel ayında VI Beynəlxalq Türk, İncəsənət, Tarix və Folklor konfransı keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən daxil olub. Bildirilib ki, konfrans aprelin 13-dən 16-dək Moldovanın nüfuzlu Komrat Universitetində baş tutacaq. Konfransın təşkilatçıları "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Türkiyənin Səlcuq Universiteti, Moldovanın Komrat Dövlət Universiteti, Alman-Türk İnstitutu və İtaliyanın Mədəni İrsin Öyrənilməsi və Təbliği İctimai Birliyidir. Konfransda Türk ədəbiyyatı, musiqisi, arxeologoiya və incəsənət tarixinə dair müzakirələr olacaq. Konfrans çərçivəsində iştirakçılar Moldovanın tarixi abidələrinə də baş çəkəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00