Fransa XİN-ə rəhbərlik keçmiş baş nazirə tapşırıldı

Jan-Mark Eyro Fransanın yeni xarici işlər naziri vəzifəsinə təyin olunub.Virtualaz.org bildirir ki, bu barədə Yelisey sarayının Twitter səhifəsində məlumat verilib.Eyro 2012-ci ilin mayın 15-dən 2014-cü ilin 31 mart tarixinə kimi Fransanın baş naziri vəzifəsində çalışıb.O, bu vəzifədə Loran Fabiusu əvəz edib. Jan-Mark Eyronun 66 yaşı var.Twitter-də Fransa prezidenti Fransua Ollandın təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibi də açıqlanıbOdre Azule mədəniyyət və rabitə naziri, Emanuel Kos mənzil təsərrüfat naziri, senator Jan-Vinsent Plase dövlət islahatları üzrə, Barbara Pompili biomüxtəliflik üzrə dövlət katibi təyin olunub. Jan-Mişel Bele isə ərazi bərabərliyi və Kəndsalma Nazirliyinin rəhbəri təyin olunub.Hökumətdə yeni formalaşan Qurbanlara Yardım üzə Dövlət Katibliyi Julyet Meadelə həvalə edilib. Bildirilir ki, bu katibliyə 2015-ci il terror aktlarının qurbanları ilə iş həvalə olunacaq. Ailə, Uşaq və Qadın Hüquqları Dövlət Katibliyi isə nazirlik statusu alıb.Beləliklə, hökumətin yeni tərkibi əvvəlki illə müqayisədə genişlənib. Belə ki, yeni tərkibdə 38 nazir və dövlət katibi təyin olunub. Əvvəlki tərkibdə isə bu rəqəm 32 idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00