Türkiyənin Şırnak vilayətində antiterror əməliyyatları başa çatdı

Türkiyə Silahlı Qüvvələri ölkənin Şırnak vilayətinin Cizre rayonunda Kürd Fəhlə Partiyasına (PKK) qarşı keçirdiyi antiterror əməliyyatları başa çatdırıb.

Anadolu Agentliyinin məlumatına görə, 2015-ci il dekabrın 14-dən davam edən antiterror əməliyyatlarında Türkiyə təhlükəsizlik qüvvələrindən 24 nəfər şəhid olub. Terrorçular tərəfindən rayonda qazılmış 300 xəndək doldurulub, 700 barrikada dağıdılıb, 600-dən artıq PKK mənsubu məhv edilib. Bundan başqa, terrorçulardan çox sayda silah və sursat, o cümlədən 1000-dən artıq partlayıcı ələ keçirilib.

Terrorçuların açdıqları atəş və törətdikləri partlayışlar nəticəsində mülki əhali arasında da itki qeydə alınıb.(AzərTAc)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00