NATO-nun hərbi gəmiləri Egey dənizində keşik çəkəcək

NATO-nun hərbi gəmiləri Egey dənizində keşik çəkəcək. APA-nın verdiyi xəbərə görə, bu barədə Almaniyanın müdafiə naziri Ursula von der Leyen NATO-ya üzv ölkələrin Brüsseldə keçirilən ikigünlük toplantısından sonra bildirib. O, NATO hərbçilərinin yaxın zamanda dənizdə xidmətə başlayacağını qeyd edib. Burada məqsəd miqrantların Egey dənizindən keçməklə Avropaya qanunsuz  getməsinin qarşısını almaqdır. NATO-nun baş katibi Yens Stoltenberq isə keçirdiyi mətbuat konfransında bildirib ki, alyansın müdafiə nazirləri Türkiyə-Suriya sərhədinin möhkəmləndirilməsinə dair razılığa gəliblər: "Biz qərara gəldik ki, sərhəddə kəşfiyyat gücləndirilsin".

Qeyd edək ki, Egey dənizində və Türkiyə-Suriya sərhədində mühafizənin gücləndirilməsi ilə bağlı Türkiyə, Almaniya və Yunanıstan NATO-ya müraciət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00