Yaşlı ər-arvada basqın edən ermənilər tutuldular

İstanbulun Şişli rayonunda erməni ailəsini qarət edib, ailə üzvlərindən birini qətlə yetirməkdə şübhəli bilinən Ermənistan vətəndaşları tutulub. Ermənistan KİV-i xəbər verir ki, bu haqda ölkə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, tutulan 8 nəfər - A.Artur, E.Aram, E.Sergey, B.Mairanna, E, Lida, B.Nərgiz, M.Armine, M.Kristina erməni etnik qrupunun nümayəndələridir. Onlardan biri Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, fevralın 6-da onlar Şişlidə erməni ər-arvadın evinə basqın edib. Pul və qızıl-zinyət əşyalarını oğurlayıblar. Sonra yaşlı ər-arvadı donuz ipi ilə bağlayıblar. 87 yaşlı kişi Hakop Demirçi ölüb. Xilasedicilər onun həyat yoldaşı 79 yaşlı Ayda Demirçini çətinliklə də olsa, həyata qaytara biliblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00