122 karatlıq almaz tapıldı
11 Fevral 2016 18:45 DünyaRusiyanın "Alrosa" şirkəti Ayxal dağ-mədən kombinatının "Yubileynaya" mədənində 121,96 karat çəkisi olan almaz tapdığını elan edib. Rusiya KİV-i xəbər verir ki, almaz oktaedr formasındadır və qrafit-sulfid tərkibli sarı rəngə malikdir.
Qeyd edək ki, 2015-ci ilin noyabrında Kanadanın "Lucara Diamonds" şirkəti Botsvanada son 110 ilin ən böyük almazını aşkar etmişdi. Onun çəkisi 1111 karata bərabər idi.
Rusiyanın "Alrosa" şirkəti dünya bazarına ən çox almaz çıxaran nəhəng şirkətdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00